Yeni Roma

Nova Roma və ya Yeni Romaİstanbul şəhəri Roma İmperatorluğunun paytaxtı elan edildiyi zaman imperator I Konstantin tərəfindən qoyulan, lakin qəbul edilməmiş qısa müddətli (330–337) Latın dilindəki adıdır.

İstanbulun on altı əsr boyunca paytaxt olma tarixi, 395-ci ildə Roma İmperatorluğunun Şərq-Qərb hissələrinə parçalanmasından 65 il əvvəl, 330-cu ildə Nova Roma olaraq başlanmışdır. Bizantionun (İstanbulun ilk şəhər adı) coğrafi mövqeyi Roma imperatoru I Konstantinin diqqətini çəkir. 11 may 330-cu ildə Konstantin Bizantion şəhərini Roma İmperiyasının yeni paytaxtı elan etdi və adını Yeni Roma (Latın dilində Nova Roma) adlandırdı. Nova Roma adı çox da qəbul edilmir və I Konstantinin ölümü ilə tamamilə ləğv edilərək Konstantinopol adı ilə əvəz olunur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search